Videoçarx müsabiqəsinin qalibləri müəyyən olunub

16 May 2021 15:20 (UTC+04:00)

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsinin qalibləri müəyyən olunub. SİA-nın verdiyi məlumata görə, 22 fevral 2021-ci ildə elan edilən müsabiqəyə müraciətlərin qəbulu 1 may 2021-ci il tarixində başa çatıb. Video formatında qəbul edilən müraciətlərin qiymətləndirilməsi aşağıda adları qeyd edilən komissiya üzvləri tərəfindən həyata keçirilib:

1) Emin Musəvi - ASAN Radio 100 FM-in direktoru, Radio və TV aparıcısı

2) Nərminə Məmmədova - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, sabiq xəbər aparıcısı

3) Araz Qurbanov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşi

Qalibləri təqdim edirik:

1-ci yer - Məmmədov Kənan Həmzə oğlu. Kəlbəcər rayonu Xudavəng monastrı

2-ci yer - Orucov Elmar Əli oğlu. Xocavənd rayonu Tuğ Alban məbədi

2-ci yer - Muradlı Şamil Sahib oğlu. Gədəbəy rayonu Həmşivəng məbədi

3-cü yer - Mirzəzadə Asif Vasif oğlu. Zaqatala rayonu Alban kilsəsi

3-cü yer - Balakişiyev Kamil Eldaroğlu. Laçın rayonu Ağoğlan məbədi

3-cü yer - Abdurahmanova Günel Qurban qızı. Şəki şəhəri Kiş Alban məbədi

Həvəsləndirici yer - Mustafayev Anar Bəxtiyar oğlu. Goranboy rayonu Meşəli kilsəsi

Həvəsləndirici yer - Namazlı Fariz Fazil oğlu. Balakən rayonu Qullar məbədi

Həvəsləndirici yer - Elgün İlyas Elmar oğlu. Balakən rayonu Nur kilsəsi

Həvəsləndirici yer - Əhmədova Aytac Zülfüqar qızı. Qax rayonu Qax kilsəsi

Qeyd edək ki, müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriya kütləsinə təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə yayılmasını həyata keçirməkdir.