Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib

16 May 2021 14:25 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən SİA-ya verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Qeyd edək ki, imtahan prosesi veb formatda canlı yayımlanıb.