Bayram günlərində milli parkları 6875 turist ziyarət edib - FOTOLAR

16 May 2021 12:16 (UTC+04:00)

Ramazan tətili günlərində Azərbaycanın milli parklarına 6875 turist səfər edib. Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də var. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, bayram tətili günlərində milli parklara gələn turistlərin sayında artım müşahidə olunub ki, bu da ilk növbədə ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, milli parklarda təşkil olunan xüsusi maarifləndirici proqramlarla əlaqədardır.

“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Eyni zamanda, milli parklarda müxtəlif təbii landşaft və ekosistemləri əhatə edən 114 ekoturizm marşrutu fəaliyyət göstərir”.