Depressiya düşməmək üçün bu qaydalar mütləqdir PSİXOLOQ DANIŞDI

16 May 2021 11:56 (UTC+04:00)

“Depressiya halları əsasən, yaz və payız aylarında olur. Yayda depressiyaya çox nadir hallarda rast gəlinir. Təbii ki, bu fərdi xüsusiyyət daşıyır. Yəni, hamıya şamil edə bilmərik ki, depressiyaya yay aylarında düşür. Yaz və payız aylarında havalar dəyişdiyi üçün bu hallar daha da artır. Günəşli hava insanların əhvalını yüksəldir. Ümumi statistikaya baxsaq, 10 nəfər yağışlı havanı xoşlayırsa, 25 nəfər də günəşli havanı xoşlayır. Əvəllər yay depressiyası özünü göstərməsə də, son illərdə bu say artıb. Çimərliklərin və rayonlara gedişin bağlı olması da buna şərait yaratdı. Amma, yenə də ümumi götürdükdə yay fəslində depresiyya halları o qədər də çox deyil. Ümumilikdə isə, pandemiya, müharibə şəraiti, məktəblərin bağlı olması və s. amillər depressiyaya səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq sözlərinə görə, insan depressiyaya düşdüyün özü hiss edə bilər: “Depressiyaya düşdüyünüzü anlamaq üçün bir sıra hallar var. Özünü gümrah hiss etməmək, heç nədən zövq almamaq, sevdiyi yeməkləri yeyə, bəyəndiyi geyimləri geyinə bilməmək, özünə qulluq etməmək və s. depressiya hallarıdır. Özü ilə bacarmaq üçün etməli olduğu şeyləri həyata keçirməlidir. Əgər şəxs uzun müddət depressiyadadırsa, psixoloji dəstək alması vacibdir”.

Ayşən Vəli