Ağcabədidə narkotacir tutuldu FOTO

16 May 2021 11:37 (UTC+04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə narkotik vasitə olan marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.