Evdən 5 min manat oğurluq edən dəstə saxlanıldı FOTO

16 May 2021 11:20 (UTC+04:00)

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları- əvvəllər məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 2000 manat nağd pul və 2350 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.