“Pilləkəndən yıxılıb ölən” erməni məktəbliləri…

16 May 2021 11:18 (UTC+04:00)

Belə görünür ki, ermənilər hər şeyi öz arşınları ilə ölçürlər. Nə demək istəyirəm… Beləliklə, hər vasitədən yararlanmağa çalışan, cox vaxt da mənfur simasını gizlədib buna nail olmağı bacaran ermənilər Ordumuzun Azərbaycan ərazisinin tam bərpası istiqamətində apardığı işlərdən hələ də təşviş keçirməkdədirlər.

Bu arada, sən demə, Azərbaycanın apardığı haqq işindən pəjmürdə olan erməni ombudsmanı Arman Tatoyan ancaq erməni millətinə xas olan yalan hay-həşir salmaqdan əlavə, hələ bir işçi qrupu da yaradaraq “tədqiqat” da aparırmış.

Beləliklə, Tatoyanın son “tədqiqat”ına görə, Azərbaycan hərbçilərinin irəliləməsi nəticəsində sərhəddə yerləşən ermənilərin Kut kəndi və xüsusən də kəndin məktəbi birbaşa Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

“Ayə, qoymayın. Azərbaycan əsgərləri azyaşlı erməni məktəblilərini “qırmağa” hazırlaşır”. Yox, deyəsən, axı bu, bir az inandırıcı görünmür axı...

Ona görə də Tatoyan, hələlik başqa yol seçib. Beləliklə, onun dediyinə görə, kənddə maldarlıqla məşğul olan ermənilərlə görüş zamanı dedikləri Armanın “qəlbini sızladıb. O, hətta bir az kövrəlmək də istəyib.

Sən demə, Azərbaycan əsgərləri kəndi nəzarətə götürəndən sonra onların rahatlığı pozulub, kənd uşaqları tez-tez “pilləkəndən yıxılıb ölürlər”, yox, hələlik, əzilirlər yazaq. Daha nə bilim, nələr... Demə, “yerli ermənilərin kəndi tərk etməmələrinin başlıca səbəbi isə daha çox onların “erməni vətənpərvərliyi” ilə bağlıdır. Təbii ki, bunları da erməni ombudsman deyir. Amma…

…Deyirlər, insanın humanist əməlləri onun qəlbinə təsir edir, onu həlimləşdirir, mülayimləşdirir. Təbii ki, hər hansı birinin naqis, əxlaqsız hərəkətlərinə reaksiya verilməyəndə, yəni onun bəd əməllərinə göz yumanda o, daha da vəhşiləşir. İndi, burada Tatoyanın özü də başda olmaqla ermənilərin Kut kənd əhlindən humanist bir xalq nümayəndələri yaratmaq istəməsi çox gülünc görünür.

Gərək ki, aşağıda gəirəcəyim nümunə elə, Amerikada yaşayan erməni yazarına məxsusdur. O yazıb ki, türklərlə ermənilər arasında yaranan ziddiyyətin əsas səbəblərindən biri türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır...

...Şərhə ehtiyac varmı?

Ağasəf Babayev