11 yaşında ABŞ Prezidenti Barak Obamadan müsahibə götürən Daymon Uiver 23 yaşında dünyasını dəyişib.
SİA “Palm Beach Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə mərhum jurnalistin bacısı bildirib.
Qeyd edək ki, Daymon Uiver yaşının az olmasına baxmayaraq, məşhur şəxsiyyətlərlə reportajları ilə məşhur idi. Uiver o zaman vitse-prezident Co Baydendən, həmçinin məşhur televiziya aparıcısı Oproy Uinfri və basketbolçu Dueyn Ueydomdan da müsahibə götürmüşdü.