"Yuventus"dan "İnter" üzərində qələbə, "Latsio" uduzub

16 May 2021 00:48 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Atalanta” səfərdə “Cenoa” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı oyundan çətin qələbə ilə ayrılan “Atalanta” ÇL-ə vəsiqəni təmin edib. Ötən tur “Milan”a 0:7 hesabıyla məğlub olan “Torino” bu dəfə “Spetsiya”nın qonağı olub və yenə böyük hesabla uduzub.

Turun mərkəzi görüşü Turində keçirilib. Çempion “İnter” burda “Yuventus”un müqavimətini qırmağa çalışıb. Amma beş qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Paytaxt derbisində isə “Roma” ilə “Latsio” münasibətlərinə aydınlıq gətirib. “Canavarlar” bu oyunda iki cavabsız qolla qalib gəliblər.

İtaliya A Seriyası

37-ci tur

15 may

Cenoa – Atalanta 3:4

Qol: Şomurodov, 48; 84. Pandev, 67-pen – Sapata, 9. Malinovski, 26. Qosens, 44. Paşaliç, 51.

Spetsiya – Torino 4:1

Qol: Saponara, 19. Nzola, 41-pen; 74. Erliç, 84 – Belotti, 54-pen.

Yuventus – İnter 3:2

Qol: Ronaldo, 24. Kuadrado, 45+3; 88 – Lukaku, 35-pen. Kyellini, 83-öz qapısına.

Roma – Latsio 2:0

Qol: Mxitaryan, 42. Pedro, 78.

16 may

14:30. Fiorentina – Napoli

17:00. Benevento – Krotone

17:00. Udineze – Sampdoriya

20:00. Parma – Sassuolo

22:45. Milan – Kalyari

17 may

22:45. Verona – Bolonya