Silvio Berluskonidən şok iddia

26 May 2011 11:18 (UTC+04:00)

İtaliyanın baş naziri Silvio Berluskoni Liviya lideri Muəmmər Qəddafinin 29 yaşlı oğulu Seyfül Ərəbin NATO hücumları zamanı ölmədiyini açıqlayıb.

SİA-nın ANSA agentliyinə istinadən verdiyi xəbərə görə, Berluskoni 30 aprel NATO borbardmanı zamanı Seyfül Ərəbin öldüyü xəbəri ilə bağlı açıqlamasında koalisiyanın bu işə heç dəxli olmadığını bildirib: \"Bu yalnız bir təbliğatdır. Əslində Qəddafinin kiçik oğlu həmin vaxt Liviyada deyildi və başqa bir ölkədə yaşayırdı".

Xatırladaq ki, 30 aprel tarixində NATO qüvvələrinin gecə təşkil etdiyi hava hücumunda Liviya lideri Muəmmər Qəddafinin üç nəvəsi və kiçik oğulu Seyfül Ərəbin öldürüldüyü bildirilmişdi.