Bakıda yük və minik avtomobilləri toqquşdu FOTO

15 May 2021 09:43 (UTC+04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

SİA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili yol nişanının tələbini pozaraq sola manevr edərkən “Shacman” markalı yük nəqliyyat vasitəsinə çırpılıb.

Minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.