Çinin Hubey əyalətinin Uhan şəhərində tornado baş verib.
SİA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 23.9 m / s-yə çatan külək binalara ziyan vurub, ağaclar kökündən çıxarıb.
Qeyd edək ki, tornado mayın 14-də Jianqsu əyalətini də vurub. Nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Şenqze qəsəbəsində elektrik təchizatı kəsilib, bir neçə bina dağılıb.