Çempionun adına "Neftçi" - "Qarabağ" matçında aydınlıq gələcək

14 May 2021 20:59 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
SİA xəbər verir ki, bu gün bütün görüşlər oynanılıb. "Qəbələ" öz meydanında "Sabah"la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər oyunda lider "Qarabağ" "Keşlə"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Eyni vaxta başlayan oyunlarda "Neftçi" "Sumqayıt"ı 1:0, "Zirə" "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra "Qarabağ" 57 xalla 1-ci, "Neftçi" 56 xalla 2-ci pillədə qərarlaşıb.

Beləliklə, çempionluğun taleyini son turda həll olunacaq. Mövsümün son turunda "Neftçi" "Qarabağ"ı qəbul edəcək.


14 may (cümə)

19:00.“Qarabağ” – “Keşlə” - 2:0
Qollar: Mahir Emreli, 47, Ovusu Kvabena, 74
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
“Azersun Arena”

19:00.“Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Voyislav Stankoviç, 45+1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena”

19:00.“Zirə” – “Səbail” - 2:0
Qollar: Ağabala Ramazanov, 58, Nemanya Andelkoviç, 64
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

17:00.“Qəbələ” –“Sabah” - 2:2
Qol: Xulio Sezar Rodriqes, 28 (0:1), Slavik Alxasov, 59 (0:2), Nikolas Raysel, 63 (1:2), Stefan Vukçeviç, 65 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 27 16 9 2 64-17 57
2 Neftçi 27 17 5 5 46-25 56
3 Zirə 27 8 14 5 27-26 38
4 Sumqayıt 27 9 9 9 29-31 36
5 Sabah 27 6 8 13 26-37 26
6 Qəbələ 27 5 11 11 22-41 26
7 Səbail 27 5 9 13 21-41 24
8 Keşlə 27 4 11 12 22-39 23

Bombardirlər:

Namik Ələskərov ("Neftçi") - 19 qol
Mahir Emreli ("Qarabağ") - 18 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Amil Yunanov ("Səbail") - 6 qol