Bu ilin ən böyük yaxtaları

14 May 2021 17:18 (UTC+04:00)

Amazonun qurucusu Jeff Bezosun super lüks yatları görənləri heyrətə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amazonun qurucusu və dünyanın ən varlı insanının şəxsi sərvəti 2017-ci ildən bəri təxminən iki dəfə artdı.

Səbəbi isə pandemiya dövründə hər zamankından daha çox insan onlayn alış-veriş etməsi olub. Yalnız Bezos deyil, son illərdə dünyanın ən varlılarının sərvəti artıb. Mütəxəssislər populyarlıq artdıqca yaxtaların böyüdüyünü söyləyirlər və bildirirlər ki, 2020-ci ildə bütün dövrlərdən daha çox yaxta satılıb.

Qeyd edək ki, 127 metr uzunluğundakı yaxta Hollandiyada “Oceanco” tərəfindən inşa edilmişdir.