Peyvənd olunanların sayı açıqlandı

14 May 2021 16:45 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 13 107 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9980 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 739 153 təşkil edir.