ABŞ Dövlət Departamenti Azərbaycanı və Ermənistanı təmkinli olmağa çağırıb

14 May 2021 10:33 (UTC+04:00)

ABŞ administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb. SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tviter hesabında yazıb.

N.Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir. Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.