Braziliya Senatının bir neçə üzvünün ofisinə allergik tərkibli bağlamalar göndərilib

14 May 2021 04:18 (UTC+04:00)

Braziliya Milli Konqresinin Federal Senatının bir neçə üzvünün ofisinə allergik reaksiyaya səbəb olan bağlamalar göndərilib.

SİA xəbər verir ki, bu barədə senator Markus Rojerio parlament komissiyasının iclasında bildirib.

Senatorun qeyd edib ki, ola bilsin, bu, heyvanların qəddarlığına diqqət çəkmək üçün bir kampaniyadır: Bağlamaya toxunan işçimdə allergik reaksiya var, buna görə həmkarlarımı xəbərdar etmək istəyirəm”.

Braziliya mətbuatının dərc etdiyi xəbərə görə, oxşar bağlamalar parlamentin yuxarı palatasının azı 18 üzvünə də göndərilib.
Hadisə ilə bağlı parlamentin təhlükəsizlik xidmətindən araşdırma aparması tələb edilib.