PSJ ilə Monako ölkə kubokunun finalında

14 May 2021 03:12 (UTC+04:00)

Futbol üzrə Fransa kubokunda finalçılar məlum olub.

SİA xəbər verir ki, ilk yarımfinal görüşündə PSJ “Monpelye” ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabıyla bitən qarşılaşmanın penaltilər seriyasında parislilər daha dəqiq olub – 6:5.

PSJ-nin finaldakı rəqibi GFA74 – “Monako” matçında müəyyənləşib. Rəqibini 5:1 hesabıyla məğlub edən “Monako” finala yüksəlib.

Beləliklə, Fransa kubokunun finalında PSJ ilə “Monako” üz-üzə gələcək. Həlledici oyun mayın 19-da baş tutacaq.