Avropa Cüdo Birliyinin hakimlik və məşqçilik seminarına yekun vurulub

26 May 2011 10:11 (UTC+04:00)

Xorvatiyanin Dubrovnik şəhərində start götürmüş Avropa Cüdo Birliyinin (EJU) hakimlik və məşqçilik seminarına yekun vurulub. "JudoOnline"dən siasport.az saytına verilən məlumata görə, 46 ölkədən 90 iştirakçı hakim və məşqçi cüdonun nəzəri və praktik aspektləri haqqında diskusiyalar aparıblar. Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer seminarda iştirak edib.

Ölkəmizi bu seminarda beynəlxalq dərəcəli hakimlər - Azərbaycan Cüdo Federasiyasının baş katibi Zair Məmmədov və gənc hakim Fariz Hüseynov təmsil ediblər.

Seminarın əvvəlində bu yaxınlarda vəfat etmiş EJU-nun macarıstanlı hakim komisarı olmuş, 7-ci dan Mikloş Vaginin xatirəsi bir dəqiqılik sükutla yad edilib.

Bu kədərli andan sonra, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak tərəfindən salamlama nitqi söylənilib. Seminar EJU-nun Hakim Direktoru Yan Snaydersin rəhbərliyi altında İJF-in Baş Hakim Direktoru Juan Barkos tərəfindən müşayiət edilib.

Heyrətamiz atmosferdə 90 iştirakçı - 68 hakim, eləcə də Rusiyanı təmsil edən italyan Ezio Qamba və Afina-2004 Olimpiyadasının çempionu gürcü Zurab Zviadauri də daxil omaqla 22 məşqçi seminardan və gözəl havadan həzz alıblar. İştirakçılar Zviadaurini tədbirdə yeganə olimpiya çempionu qismində alqışlayıblar.

Seminarın əsas məqsədləri aşağıdakı kimi müəyyən olunub:

- Məşqçilərlə əməkdaşlıq

- Yarış iştirakçıları ilə əməkdaşlıq

- Mövcud qaydaların izahı

- İdmançıları qaydaların tədbiqindən agah etmək

- Hamı arasında komanda quruculuğunun yaradılması

- Ümumi məqsəd isə London-2012 Olimpiya Oyunlarında ən yaxşı nümayişə nail olmaqdır.

Xatırladaq ki, ötən il analoji seminar İtaliyanın Puqliya vilayətinin Brindisi şəhərində keçirilib və bu seminarda ölkəmizi digər gənc beynəlxalq dərəcəli hakim Elmar Babanlı təmsil edib.