Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atılıb

14 May 2021 00:23 (UTC+04:00)

Livandan İsrailin şimal sahilləri yaxınlığında Aralıq dənizi ərazisinə üç raket buraxılıb.

SİA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumatda qeyd edilib: "Livandan Qalileya sahilləri yaxınlığındakı Aralıq dənizi ərazisinə üç raket buraxılıb".

Hadisənin təfərrüatları və nəticələri dəqiqləşdirilir.