ABŞ rəsmiləri Bakı və İrəvanı sərhəddəki gərginliyi azaltmağa çağırır

13 May 2021 23:24 (UTC+04:00)

"ABŞ səlahiyyətliləri Bakı və İrəvanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır”.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays özünün “Twitter” səhifəsində yazıb.

"Biz Ermənistan-Azərbaycan sərhədinin təyin olunmamış hissəsində artan gərginliklə bağlı xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, Prays qeyd edib.