Adeledən heyranlarına - ACI XƏBƏR

13 May 2021 19:10 (UTC+04:00)

Yaxın günlərdə 33 yaşını qeyd edən dünya şöhrətli pop star Adele, atası ilə əlaqəli aldığı üzücü xəbərdən çox sarsılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən Adelenin atası 57 yaşındakı Mark Evans, 2013-cü ildən bağırsaq xərçəngindən əziyyət çəkir.

Qeyd edək ki, Adele və atası uzun illərdir ki, görüşmürdülər. O, illər əvvəl onu və anasını tərk edib. Adele, musiqi karyerasında uğur qazandıqdan sonra isə dəfələrlə qızı ilə görüşmək istəyib. Amma Adele buna razı olmamışdı. Hətta Adele milyonçu olmasına baxmayaraq atası sürücü işləyirdi və günə 50 sterliq qazanıb.

Gülər Səfərova