Ermənistanın "silah baronu" Avropa Məhkəməsinə müraciət edəcək

13 May 2021 17:40 (UTC+04:00)

Ermənistan ordusunu silahla təchiz edən, bir müddət əvvəl həbs edilmiş David Qalstyan ("Patron Davo") Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə onun vəkili Armen Arutyunyan bildirib. Onun sözlərinə görə, məhkəmələr bu işə baxarkən müstəqil qərar verməyiblər, vəkillərin onlara təzyiq göstərdiklərinə dair dəlillər var.

Vəkil deyib ki, Avropa Məhkəməsinə ünvanlanacaq hazır şikayət var, bir neçə gün ərzində göndəriləcək.

Qeyd edək ki, Qalstyan Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Hüquq-mühafizə orqanı fevralın 1-də onu saxlayıb. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.