"Dərmanların böyük əksəriyyəti zəngin ölkələrin əlindədir" - ÜST Direktoru

13 May 2021 17:34 (UTC+04:00)

Bu gün az və orta gəlirə malik ölkələrin payına koronavirusa qarşı mövcud peyvənd dərmanları ehtiyatının cəmi 17 faizi düşür. SİA xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdikləri COVID-19 Qlobal Tədqiqatlar və İnovasiyalar Forumunda bildirib.

“Ən zəngin ölkələr dərmanların 83 faizini əldə edib. Halbuki dünya əhalisinin yarısından çoxunun yaşadığı orta və az gəlirə malik ölkələrə vur-tut 17 faizi çatıb” – deyən təşkilat rəhbəri COVAX mexanizmi və başqa dünya miqyaslı təşəbbüslər çərçivəsində yol verilən qeyri-bərabərlik problemini aradan qaldırmaq üçün əllərindən gələni etməyə çalışdıqlarını da dilə gətirib.