“Twitter”dən sürpriz yenilik

13 May 2021 15:04 (UTC+04:00)

"Twitter" birbaşa mesajlarda (DM) söhbət etməyi asanlaşdırmaq üçün səs mesajı xüsusiyyətini DM-lərə təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sosial şəbəkənin bu yeni xüsusiyyəti Türkiyə və Nigeriyada tətbiq olunmağa başlayıb.

"Twitter" tərəfindən edilən açıqlamada, bu təcrübənin 12 may tarixindən etibarən Türkiyə və Nigeriyada tətbiq olunmağa başlandığı ifadə edilib.

Qeyd edək ki, hər qeyd üçün 140 saniyəlik bir limit var.

Arzu Elsevərqızı