UEFA ÇL-nin final oyunu İstanbulda olmayacaq - SON DƏQİQƏ

13 May 2021 14:50 (UTC+04:00)

UEFA Çempionlar Liqasının final oyununu koronavirusa görə İstanbuldan alıb, Portuqaliyanın Portu şəhərinə verib. SİA xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq.

Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən, Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PZR testləri təqdim etmələrinə dair tələbi ləğv edib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək.

Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən "qırmızı zona"ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdır.