ABŞ aviaşirkətləri Təl-Əvivə uçuşları ləğv etdi

13 May 2021 14:44 (UTC+04:00)

"United Airlines" , "Delta Airlines" və ABŞ-ın ən böyük hava yollarından biri olan "Amerikan Airlines", Təl-Əvivə uçuşlarını təxirə salmağa qərar verib. SİA-nın verdiyi məlumata görə, uçuş izləmə platforması "FlightAware"dən alınan məlumata görə, "United Airlines", "Delta Airlines" və "Amerikan Airlines" aviaşirkətlərinin ABŞ-dan çərşənbə və cümə axşamı Təl-Əvivə uçuşları ləğv edilib.

"United Airlines" və "Delta Airlines" rəsmiləri, uçuşların ləğv edildiyini təsdiqləyərkən, şiddətin getdikcə artdığı İsraildəki vəziyyəti izlədiklərini bildiriblər.

Zərdüşt Quluzadə