İstefada olan general-polkovnik Tofiq Ağahüseynov vəfat edib

13 May 2021 13:43 (UTC+04:00)

Görkəmli hərbi və dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı, Respublika Veteranlar Təşkilatının sabiq sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov vəfat edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

General-polkovnik Tofiq Ağahüseynov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Allah rəhmət eləsin.