Yunanıstandan gözlənilməz QƏRAR

13 May 2021 12:29 (UTC+04:00)

Yunanıstanda yeni növ koronavirus tədbirləri çərçivəsində, təxminən 7 aydır tətbiq olunan komendant saatı və bölgələrarası səyahət qadağasının ləğvi qərara alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət naziri Akis Skerços, komendant saatı və bölgələrarası səyahət qadağasının ölkədəki turizm mövsümü başlayandan 14 mayda qaldırılacağını açıqlayıb. Restoran, kafe və bar kimi iş yerlərinin, işçilərinin sınaqdan keçməsi şərti ilə açıq ərazilərdə 00:15-ə qədər uzadılmasına qərar verildiyini bildirən Skerços, adalara 1 iyun tarixindən etibarən müəyyən qaydaların tətbiq olunacağını qeyd edib.

Skerços, dəniz və ya hava yolu ilə səyahət edən yerli və ya xarici qonaqların ən azı 14 gün əvvəl iki doz peyvənd almaları və ya neqativ test nəticələrini təqdim etmələri lazım olduğunu söyləyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, 2020-ci ilin noyabrından bəri ümumi karantinin tətbiq olunduğu ölkədə son 24 saat ərzində Covid-19 xəstələrinin sayı artaraq 369.554-ə çatıb. Ölənlərin sayı isə artaraq 11 min 221-ə çatıb.

Arzu Elsevərqızı