İsraildən Qəzza zolağında əməliyyat planı

13 May 2021 11:37 (UTC+04:00)

İsrail hərbçiləri Qəzza zolağında quru əməliyyat aparmaq üçün planlar hazırlayır. SİA “The Jerusalem Post”a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Hiday Zilberman deyib.

O bildirib ki, hazırda Qəzzada quru əməliyyatlar da daxil olmaqla bütün mümkün hərəkət variantları gündəmdədir. Həmçinin, sektorun sərhədlərinə bir neçə briqada - paraşütçülər, piyadalar və zirehli birləşmələr yerləşdirilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrikus eskalasiyanın başlanğıcından bəri Qəzza zolağından İsrail ərazisinə ən az 1600 raket atıldığını bildirib.