Virusdan ölənlərin sayı artdı UKRAYNADA

13 May 2021 11:29 (UTC+04:00)

Ukraynada son sutka ərzində 6813 nəfər COVID-19 virusuna yoluxub, 346 pasiyent vəfat edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 2 135 886-ya çatıb, indiyədək 47 333 nəfər virusun qurbanı olub, 1 816 643 xəstə müalicə olunaraq sağalıb.