Aynur Dadaşovanın oğlu ondan imtina edib - FOTO

13 May 2021 11:28 (UTC+04:00)

Sevilən müğənni Aynur Dadaşova oğlu ilə münasibətlərindən danışıb. SİA-nın verdiyi məlumatlara əsasən Aynur Dadaşova sosial şəbəkədə bu barədə danışıb. O, "Oğlum xoşbəxtdirsə, mənə belə bəsdir. Bacısı ilə danışırlar, görüşürlər. Amma mənim ünsiyyətim yoxdur. 16 yaşı var. Qoy necə istəyir elə olsun. O, anasının ürəyidir, aldığı nəfəsidir. Əgər o, elə xoşbəxtdirsə mən də sevinirəm" deyib.

Gülər Səfərova