Çində zəlzələ baş verib

13 May 2021 10:29 (UTC+04:00)

Çinin Yunnan əyalətində 4.7 bal gücündə zəlzələ səhər baş verib. SİA xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların Baoşan şəhər dairəsinin Şidyan bölgəsində meydana gəldiyi qeyd olunur.

Zəlzələnin episentri 8 km dərinlikdə olub. Dağıntılar və itkilər barədə hələ məlumat verilməyib.