Son sutkada 17419 nəfər virusa yoluxub - ALMANİYADA

13 May 2021 09:46 (UTC+04:00)

Almaniyada son sutka ərzində 17 419 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub. SİA xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, son 24 saatda daha 278 nəfər virusun qurbanı olub.

Epidemiyanın başlanmasından bu günədək Almaniyada 3 565 704 nəfər koronavirusa yoluxub, 85 658 xəstə ölüb. Ümumilikdə isə təxminən üç milyondan çox insan COVID-19-dan sağalıb.