Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən çox raket atılıb

13 May 2021 05:08 (UTC+04:00)

Son bir neçə gün ərzində Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Son 3 gün ərzində HƏMAS hərəkatının silahlılar Qəzza zolağından israil ərazisinə 1,5 mindən artıq raket atıblar".

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.