Samiradan son dəqiqə xəbəri FOTO

12 May 2021 20:26 (UTC+04:00)

Anar Ağakişiyev bir neçə dəqiqə əvvəl şəxsi "instaqram" hesabından bir foto paylaşıb. SİA-nın verdiyi məlumata görə, o, hər kəsə "Avroviziya"da Azərbaycanı təmsil edəcək Samira Əfəndinin hazır olduğunu bildirib və Samira xanımın makiyajının son halını sevənlərinə təqdim edib.

Bir zamanlar Azərbaycanın da sahiblik etdiyi Beynəlxalq Musiqi Festivalı "Avroviziya" bildiyimiz kimi 2020-ci ildə pandemiya səbəbindən baş tutmadı. Artıq tədbir təşkilatçıları festivalın hazırlıqlarının bitdiyini bildirib.

Qeyd edək ki, iki yarım final mayın 18-i və 20-si, final isə mayın 22-si keçiriləcək. Bu sayca 65-ci Eurovision müsabiqəsidir.

Gülər Səfərova