Əsrarəngiz balıq tapıldı

12 May 2021 21:13 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Sakit Okean sahillərində, "Finding Nemo" animasiya xarakteri ilə tanınan bir pasifik "futbol" balığı tapılıb. SİA xəbər verir ki, son dərəcə nadir görülən və qaranlıq dərin sularda yaşayan bu növün başında xüsusi bir işıq olur ki, bu vasitə ilə ovunun diqqətini çəkir. Ağzı açıq və qara dişləri görünən mükəmməl qorunmuş bir balıq görənləri təəccübləndirib. Qorxu filmindən çıxmış kimi görünən 45 sm uzunluğundakı dişi balıq, keçən həftə “Newport Beachdə” tapılıb. 300 növdən ibarət olan bir balıq ailəsinə aiddir. Başındakı işıq yayan antenası ilə məşhur olan bu növ, 300 fərqli balıq növündən ibarət olan "Angler" balıq ailəsinin üzvüdür. Normalda 1 km dərinlikdə yüksək təzyiq altında sağ qalır.

Qeyd edək ki, bu növ ilk dəfə 1883-cü ildə Qrenlandiyada tapılıb. Son illərdə dərin okean tədqiqatları aparan elm adamları onları təbii mühitində əyani şəkildə göstərə bilərlər. 2016-cı ildə dişi balığın ilk dəfə necə hamilə qaldığını müşahidə etmək mümkün oldu.