“Sinovac” vaksininin istehsalı gözlənilir TÜRKİYƏDƏ

12 May 2021 15:13 (UTC+04:00)

Çinin “Sinovac” vaksininin Türkiyə daxil olmaqla beş ölkədə istehsalına icazə verilib. SİA xəbər verir ki, Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə istehsalçı şirkət açıqlama yayıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi vaksinləşmə davam edir. Qrafik üzrə tətbiq olunan “Sinovac” vaksinin sayı 30 milyona yaxınlaşır.

Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir. Bunun üçün fərqli şirkətlərə məxsus vaksinin əldə etmək, eləcə də yerli istehsala başlamaq istiqamətində mühüm addımlar atılır.