Sabah şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

12 May 2021 14:24 (UTC+04:00)

Mayın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə mənzillər təqdim ediləcək. SİA-nın xəbərinə görə, mənzillərin təqdimetmə mərasimi Suraxanı rayonunun Ramana qəsəbəsində (keçmiş məcburi köçkünlər üçün binalar, Şuşa şəhərciyi) baş tutacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 370 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə indiyədək həmin kateqoriyadan olanlara 9570 mənzil və fərdi ev verilib.