Keçmiş hərbi qulluqçu HƏBS EDİLİB

12 May 2021 13:25 (UTC+04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçunu dövlətə xəyanət ittihamı ilə həbs edib. SİA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Silahlı Qüvvələrin strukturunda bir sıra yüksək vəzifələrdə çalışan və gizli sənədlərə və məlumatlara sahib olan keçmiş hərbçi bu məlumatları satmaqda ittiham olunur. Onun bütün sənədləri evində saxladığı qeyd olunur.

Üstəlik, qanunsuz olaraq mindən çox canlı sursat və F-1 əl bombasını ələ keçirməkdə günahlandırılır.

Keçmiş hərbçiyə qarşı ittihamlar irəli sürülüb və həbs olunub.