Haaland transferi 200 milyona başa gələcək

12 May 2021 11:54 (UTC+04:00)

Borussia Dortmund, Erlinq Haalandın satılmadığını davamlı olaraq vurğulasa da, Real Madrid transfer üçün yol açmaq məqsədi ilə məbləği artırmağa çalışacaq. SİA-nın verdiyi məlumata görə, Borussia Dortmund, meneceri Mino Raiolanın transfer təklifləri ilə maraqlanmasına baxmayaraq Haalandın satılmadığını və oyunçunun gələcəyinin Dortmundda olduğunu dəfələrlə təkrarladı.

Marca, reportajında ​​Real Madridin, Barcelona - Dembele nümunəsi ilə Dortmundun mühafizəkar davranışını pozmağa çalışdığını yazıb.

Məruzədə Alman klubunun baş icraçı direktoru Vatzkenin Dembele transferi ilə əlaqədar Barselonaya qarşı sərt bir mövqe sərgilədiyini, ancaq bütün bunların bir fayda verməməsini nümunə göstərdi. Bu təqdirdə Real Madridin 200 milyon avroya qədər qalxa biləcəyi danışılıb.

Bu yay Avropanın elit klubları arasında, xüsusilə pandemiyanın gətirdiyi böhranla birlikdə, heç kimin norveçlini Dortmunddan almağa hazır olmadığı hissi də artmaqdadır.

Haalandın müqaviləsindəki 2022-ci ilin yayında 75 milyon avroya klubundan ayrılmasına icazə verəcək bəndlə bağlı iddialar da çox ciddidir.

Zərdüşt Quluzadə