Burak Yılmaz ilin futbolçusu adına NAMİZƏDDİR

12 May 2021 11:28 (UTC+04:00)

Lilldə qolları ilə komandasını uğura aparan Burak Yılmaz, Liqa 1-də ilin futbolçusu mükafatına namizəd göstərilib. SİA-nın verdiyi məlumata görə, Burak Yılmaz mövsümün əvvəlində transfer olduğu Lilldə azarkeşlərin sevimlisi oldu və vurduğu qollarla komandasını turnir cədvəlinin yuxarılarına daşıdı. Paris Saint-Germain hegemonluğunu devirmək üçün can atan Lill çempionluğa qaçarkən, Burak Yılmazın bu uğurda böyük payı var.

Liqada 26 matçda 15 qol vuran və 5 məhsuldar ötürmə edən Burak Yılmaz, Liqa 1-də ilin oyunçusu mükafatına namizəd göstərilib.

Burak Yılmaz, ilin oyunçusu mükafatı uğrunda ulduz futbolçularla yarışacaq. Milli futbolçunun rəqibləri bunlardır.

Zərdüşt Quluzadə