Bakıda “Yaşıl dalğa” tətbiq edilib

12 May 2021 11:28 (UTC+04:00)

Bakının Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində təmir işləri aparılır. Bu səbəbdən hazırda bu yolda sıxlıq müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, nəqliyyat axınını tənzimləmək üçün agentliyə məxsus "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC Üzeyir Hacıbəyov küçəsindəki işıqforlarda “Yaşıl dalğa” tətbiq edib.