Həndbolçularımız təlim-məşq toplanışını davam etdirir

12 May 2021 11:07 (UTC+04:00)

Kişilərdən ibarət həndbol millimiz daha bir ciddi sınaq qarşısındadır. SİA xəbər verir ki, yığma komandamız iyun ayında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Həndbol Federasiyasının trofi turnirində iştirak edəcək. Komandamızın yarışa hazırlığı yüksək səviyyədə davam edir. Bakıda təlim-məşq toplanışı keçən həndbolçularımız hazırlıqlarını davam etdirmək üçün mayın 5-dən etibarən Gürcüstan paytaxtındadırlar. Baş məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə Tbilisiyə yollanan millimiz mayın 21-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yerli komandalarla yoxlama görüşlərində də qüvvəsini sınayır.

Tbilisidə iyunun 14-19-da təşkil olunacaq trofi turnirində komandamızın rəqibləri Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Gürcüstan, Kipr, Moldova, Malta və Ermənistan seçmə komandaları olacaq.