Cənnətdən gələn çiçək

12 May 2021 11:06 (UTC+04:00)

Udumbara "Cənnətdən gələn çiçək" adlandırılan nadir bitki növdür. SİA xəbər verir ki, buddizm inanclarında yer alan, 3 min ildə bir dəfə çiçək açdığına inanılan udumbara çiçəyinin biri təsadüfən Çində aşkarlanıb.

İndiyə qədər dünyada yalnız 15 dənəsi aşkarlanan udumbara çiçəyi 50 yaşlı Miao Vei adlı qadının paltaryuyan maşınının altında tapılıb.

Çin rəsmiləri nadir rast gəlinən çiçəyin bir neçə millimetr böyüklüyündə olduğunu bildiriblər. Bu çiçəyin kökləri bir gündə 18 fərqli çiçək açaraq görənləri heyrətə salıb. Buddizm əfsanəsinə görə cənnətdən gələn çiçək sayılan udumbara dünyanın axarını dəyişən ən böyük qlobal hadisələr ərəfəsində çiçək açır.

Qeyd edək ki, nadir rast gəlinən bu çiçəyin 3 min ildə bir dəfə çiçəklədiyi söylənsə də, bu, hələ elmi cəhətdən sübut olunmayıb. Ona görə də bəziləri udumbaranın düşünüldüyü kimi nadir halda çiçəklədiyi qənaətində deyil. Digər tərəfdən, hündürlüyü bir neçə millimetri keçməyən bu çiçəyi görmək və aşkarlamaq da normal şərtlərdə asan deyil. ”Avatar” filmində xoşbəxtlik simvolu olan çiçək 3 min ildə açır və ən son Türkiyədə Elazığda görüntülənib.