Qanunsuz fəaliyyət göstərən çayxana aşkarlanıb FOTO

12 May 2021 10:25 (UTC+04:00)

Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dərhal dayandırılıb, çayxananın icarədarı A.Zeynalov və orada olan 8 müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.