Neft bahalaşıb

12 May 2021 10:03 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,35% artıb. SİA-nın verdiyi məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,1 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Arzu Elsevərqızı