Qazaxıstanda ötən sutka COVİD-19-a 1811 yoluxma halı qeydə alınıb

12 May 2021 08:22 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 811 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 348 308 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 2 816 olmaqla 304 673 nəfər sağalıb, 3 964 nəfəri isə vəfat edib.