Kanada hökuməti Hindistana müxtəlif tibbi yardım göndərəcək

12 May 2021 05:49 (UTC+04:00)

Kanada hökuməti Hindistana bu ölkədə koronavirus xəstəliyinin yayılması fonunda müxtəlif tibbi yardım göndərəcək.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo açıqlama verib.

Bildirilir ki, tibbi avadanlıqdan ibarət yardım hərbi hava qüvvələrinin iki təyyarəsi vasitəsi ilə çatdırılacaq.

"Pandemiya səbəbi ilə böhran içində olan digər ölkələrə kömək etməyə davam edəcəyik" - Trüdo deyib.