İtaliyanın məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir

12 May 2021 08:53 (UTC+04:00)

İtaliyanın Milan şəhərində yerləşən "La Skala" teatrı bir neçə aylıq onlayn formatda fəaliyyətdən sonra qapılarını ictimaiyyətə açır.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, teatrın bədii rəhbəri və meneceri Dominik Meyer pandemiya səbəbiylə teatrın 200 günə yaxın ictimaiyyətə qapalı qaldığını xatırladıb. Bununla birgə, sentyabr ayından indiyədək onlayn rejimdə 80-ə yaxın tamaşa təşkil edilb.

Qeyd edilir ki, "La Skala"teatrı keçən il koronavirusla əlaqədar bağlanan ilk teatrlardan biri olub.